Saatlı və Zaqatalada yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanılıb

Fəridə Əliyeva

© APA | Fəridə Əliyeva

# 21 avqust 2021 11:26 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Saatlı rayon sakini Vüsal Həşimova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

V. Həşimov rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Zaqatala şəhər sakini Fəridə Əliyevaya ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. İnfeksiyanın yayılmasına şərait yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR