Saatlıda 60 yaşlı kişi çayda batıb

Saatlıda 60 yaşlı kişi çayda batıb
# 17 iyun 2021 09:08 (UTC +04:00)

Saatlıda 60 yaşlı kişi çayda batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı rayonu, Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində 1961-ci il təvəllüdlü Cahangirov Teymur Namaz oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR