Saatlıda avtomobil velosipeddə olan 2 nəfəri vurub

Saatlıda avtomobil velosipeddə olan 2 nəfəri vurub
# 21 noyabr 2021 23:12 (UTC +04:00)

Saatlıda velosipedlə hərəkətdə olan əmioğlularını avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Şirinbəyli kəndində baş verib.

Hərəkətdə olan velosipeddəki Şirinbəyli kənd sakinləri, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu və 2007-ci il təvəllüdlü Məmmədov Xəyal Pənah oğlunu “VAZ-2107” markalı avtomobil vurub. Hər iki yeniyetmə müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, sürücüsü nəqliyyat vasitəsini sərxoş halda idarə edirmiş. Faktla bağlı Saatlı polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR