Saatlıda fermadan 120 baş qoyun oğurlayan çoban tutulub

Saatlıda fermadan 120 baş qoyun oğurlayan çoban tutulub
# 17 iyun 2021 12:20 (UTC +04:00)

Saatlıda fermadan xırdabuynuzlu heyvanlar oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 15-də şəhər sakini N.Amanova məxsus fermadan 120 baş qoyun oğurlamaqda şübhəli bilinən orada çoban işləyən Yardımlı rayon sakini S.Sarıyev saxlanılıb. Onun əvvəllər məhkum olunduğu bildirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR