Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkar olunub

Saatlıda karantin qaydalarının pozulduğu toy

© APA | Saatlıda karantin qaydalarının pozulduğu toy

# 28 iyul 2021 10:19 (UTC +04:00)

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlərlə rayonun Mustafabəyli kənd sakini E.Nərimanovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 68 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.
Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə profilaktiki söhbətlər aparılıb və mövcud qaydalara ciddi riayət etməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR