Saatlıda qoyun oğurlayan keçmiş məhkum tutulub - VİDEO - YENİLƏNİB

Saatlıda qoyun oğurlayan keçmiş məhkum tutulub - VİDEO  - YENİLƏNİB
# 25 iyun 2021 08:57 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 24-də rayon sakini C.Xankişiyevə məxsus 10 baş xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Sənan Aslanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, dindirilmə zamanı S.Aslanov törətdiyi cinayət əməlini etiraf edərək, qonşusuna məxsus xırdabuynuzlu heyvanları oğurladığını və dəyərindən ucuz qiymətə satdığını bildirib. Polis əməkdaşları tərəfindən heyvanların yerləri müəyyən edilərək maddi sübut kimi götürülüb və zərərçəkmişə təhvil verilib.

Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində yerləşən evlərin birindən bir ədəd samovar oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, S.Aslanovun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR