Sabirabadda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Ramin Əhmədov saxlanılıb.
Polis əməkdaşları tərəfindən ona məxsus şəhər ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədən yaş çəkisi 13 kiloqrama yaxın olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 17 ədəd çətənə bitkisi, evdən və həyətində yerləşən tikilidən isə sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış ümumi çəkisi 11 kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Sabirabad sakinindən 24 kq narkotik aşkarlanıb - FOTO
© APA | Ramin Əhmədov
26 iyun 2021 10:17 (UTC +04:00)
Hadisə
Sumqayıtda ata və anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
03:20
19 aprel 2024
Bakıda oğul atasını küt alətlə döyüb
23:21
18 aprel 2024
Aksiz markası olmayan 1058 qutu siqaret aşkarlanıb - FOTO
18:50
18 aprel 2024
İranlı narkotacirin sifarişi ilə 12 kq narkotik əldə edən şəxs həbs olunub
18:43
18 aprel 2024