Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb

Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb
# 03 iyul 2021 18:02 (UTC +04:00)

Sabirabadda 52 yaşlı kişini elektirk cərəyanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Hacıbəbir kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Əsgərov Habil Amil oğlu evdə gərginlik altında olan elektrik naqilləri ilə ehtiyatsız davrandığından onu elektrik cərəyanı vurub. Yaxınlarının yardımına baxmayaraq, 52 yaşlı kişi həyataını itirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR