Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb - YENİLƏNİB - VİDEO

Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb  - YENİLƏNİB  - VİDEO
# 21 iyun 2021 01:18 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

21:42

***

Sabirabadda məzun olan qız bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.

Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu Sabirabad sakini olan 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır. S.Qasımlının saxlanılması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR