Sabirabadda 6 yaşlı oğlanın meyiti kanaldan çıxarılıb

Sabirabadda 6 yaşlı oğlanın meyiti kanaldan çıxarılıb
# 18 iyul 2021 17:20 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 18.07.2021-ci il tarixində günorta saatlarında Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Sabir kanalında batan azyaşlının axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

APA FHN-nin saytına istinadən bildirir ki, məlumat qəbul edildikdən dərhal sonra nazirliyiin müvafiq qüvvələri axtarışlara cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, kanalda batan 2015-ci il təvəllüdlü Miriyev Əli Elsevər oğludur. Ə.Miriyevin meyiti Dövlət Yanğından Mühafizə Xidmətinin  yanğınsöndürən-xilasedicilərinin və yerli sakinlərin birgə səyi nəticəsində tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR