Sabirabadda ağır yol qəzasında yaralananların və ölən şəxsin adı məlum olub - SİYAHI - YENİLƏNİB -2 - FOTO - VİDEO

Sabirabadda ağır yol qəzasında yaralananların və ölən şəxsin adı məlum olub - SİYAHI  - YENİLƏNİB -2  - FOTO  - VİDEO
# 12 sentyabr 2021 14:57 (UTC +04:00)

Sabirabadda qəza zamanı ölən sərnişinin adı məlum olub.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, 30 yaşlı Elşən Ağayev hadisə yerindəcə ölüb.

***

12:57

Sabirabadda baş verən qəzada yaralananların adı məlum olub.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1991-ci il təvəllüdlü Ramazanov Rövşən Cavanşir oğlu, Ağdam sakinləri - 1993-cü il təvəllüdlü Baxşəliyev Əli Adil oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-ü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı müxtılif dərəcəli bədən xəsarətləri alıb.

Qəzada ölən şəxsin adı dəqiqləşdirilir.

***

12:13

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib.

"Tofaş" markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR