Sabirabadda avtomobil mikroavtobusa çırpılıb, 4 nəfər xəsarət alıb - FOTO - VİDEO

Sabirabad, yol qəzası

© APA | Sabirabad, yol qəzası

# 21 may 2021 13:28 (UTC +04:00)

Sabirabadda avtomobil mikroavtobusa çırpılıb, xəsarət alanlar var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz magistralının 20-ci kilometrliyində Sabirabad rayonunun Qarağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “BMV” markalı avtomobil sürətlə hərəkətdə olarkən dayanacaqda dayanan mikroavtobusa çırpılıb. Nəticədə 4 nəfər xəsarət alıb. Sabirabad sakini - 1968-ci il təvəllüdlü Məmmədov Pərvər Sabir oğlu, 1983-cü il təvəllüdlü Abbasov Vasif Ələsgər oğlu və 1956-cı il təvəllüdlü Bayramova Əsmayə Xanbala qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər. Bir nəfər yüngül xəsarət alan şəxsə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR