Sabirabadda avtomobilin su kanalına düşməsi nəticəsində iki nəfərin ölməsi ilə bağlı cinayət işi açılıb

su kanalı düşən avtomobil

© APA | su kanalı düşən avtomobil

# 06 dekabr 2021 11:22 (UTC +04:00)

Sabirabadda avtomobilin su kanalına düşməsi nəticəsində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

APA-nın məlumatına görə, ötən gün rayon sakini, 1990-cı il təvəllüdlü Fəyal Bayramov idarə etdiyi "QAZ-3110" markal avtomobili idarəetməni itirərək rayonun Nərimankənd ərazisinndə su kanalına aşırıb. Nəticədə özü və sərnişini 1989-cu il təvəllüdlü Cəlal Məmmədov suda boğularaq ölüb.

Fakla bağlı Sabirabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR