Sabirabadda azyaşlı su kanalına düşüb

Sabirabadda azyaşlı su kanalına düşüb
# 30 noyabr 2021 18:23 (UTC +04:00)

Sabirabadda azyaşlı su kanalına düşüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Dadaşbəyli kəndində qeydə alınıb. Belə ki, valideyn nəzarətindən yayınan 2 yaşlı Hacılı Onur Orxan oğlu su kanalına düşüb. Uşaq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR