Sabirabadda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb ​​​​​​​

Sabirabadda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb  ​​​​​​​
# 14 iyun 2021 18:11 (UTC +04:00)

Sabirabadda həmkəndlisini bıçaqlayan şəxs müəyyən edilərək saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, gecə radələrində Sabirabadda münaqişə zəminində Suqovuşan kənd sakini, 1985-ci il təvəllüdlü Qubadov Yusif  Böyükxan oğlu həmkəndlisi 1996-cı il təvəllüdlü Abbasov Kərəm Abbas oğlu tərəfindən bıçaqlanıb. Hadisəni törədən sonuncu hadisə yerindən yayınıb. Şirvan xəstəxanasına yerləşdirilən Y.Qubadov orda əməliyyat olunub və ilkin ifadəsində iribuynuzlu heyvanın hücumuna məruz qaldığını bildirib. Lakin araşdırmalar zamanı onun həmkəndlisi tərəfindən bıçaqlandığı məlum olub. Keçirilən əməliyyat tədbirləri zamanı Kərəm Abbasov bu gün polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR