Sabirabadda məsciddə baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Sabirabadda məsciddə baş verən yanğın söndürülüb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 02 iyul 2021 01:38 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 01:02

Sabirabad rayonunun Qaratoğay kənd məscidində baş verən yanğın qısa müddət ərzində söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ümumi sahəsi 220 m² olan birmərtəbəli məscid binasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

***

01:04

Sabirabad rayonunda məscid yanır.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Qaratoğay kənd məscidində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sabirabad yanğından mühafizə bölməsinin canlı qüvvəsi və hüquq-mühafizə orqanlarının əməkdaşları əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR