Sabirabadda özünü yandıran şəxs xəstəxanada ölüb - YENİLƏNİB

Sabirabadda özünü yandıran şəxs xəstəxanada ölüb - YENİLƏNİB
# 14 noyabr 2021 18:00 (UTC +04:00)

Sabirabadda özünü yandıran şəxs xəstəxanada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 13-də Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1973-cü il təvəllüdlü Eldarov Elsər Eldar oğlu üzərinə benzin tökərək özünü yandırıb. 5 saylı Bakı şəhər Kliniki Xəstəxanasına yerləşdirilən 48 yaşlı kənd sakini həkimlərin səyinə baxmayaraq aldığı ağır yanıq xəsarətlərindən orada keçinib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

13 noyabr, saat 12.43

Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1973-cü il təvəllüdlü Eldarov Elsər Eldar oğlu üzərinə benzin tökərək özünü yandırıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ağır yanıq xəsarətləri alan 48 yaşlı kənd sakini Şirvan xəstəxanasına çatdırılıb.

Xəstənin vəziyyətinin ağır olduğundan onun paytaxta ixtisaslı xəstəxanaya yola salınacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR