Sabirabadda qadın sirkə turşusundan zəhərlənib

Sabirabadda qadın sirkə turşusundan zəhərlənib
# 29 noyabr 2021 20:58 (UTC +04:00)

Sabirabadda 38 yaşlı qadın sirkə turşusu içərək intihara cəhd edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad şəhər sakini, 1983-cü il təvəllüdlü Rüstəmova Lamiyə Əlifağa qızı sirkə turşusu içərək intihara cəhd edib.

L.Rüstəmova ağır vəziyyətdə, qida borusunun, yuxarı tənəffüs yollarının və mədənin kimyəvi yanığı diaqnozu ilə Şirvan mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR