Sabirabadda qaynını güllələyən şəxsin istintaqı başa çatıb

Sabirabadda qaynını güllələyən şəxsin istintaqı başa çatıb
# 06 noyabr 2021 10:46 (UTC +04:00)

Sabirabadda qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Fuad Zaidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Sabirabadda qeydə alınıb.

1987-ci il təvəllüdlü Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qaynı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Fuad Zaidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR