Sabirabadda velosipedçini avtomobil vurub

Sabirabadda velosipedçini avtomobil vurub
# 24 noyabr 2021 19:31 (UTC +04:00)

Sabirabadda 16 yaşlı velosipedçini avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində qeydə alınıb. “QAZ 24” markalı avtomobil velosiped idarə edən kənd sakini 2005-ci il təvəllüdlü Əkbərli Nicat Vüqar oğlunu vurub. Ağır kəllə-beyin travması alan yeniyetmə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR