Sabirabadda yük maşını qatarla toqquşub, qatarların hərəkəti müvəqqəti dayandırılıb - YENİLƏNİB

Sabirabadda yük maşını qatarla toqquşub, qatarların hərəkəti müvəqqəti dayandırılıb - YENİLƏNİB
# 04 sentyabr 2019 09:24 (UTC +04:00)

Sabirabadda qatarla toqquşan yük maşını İran İslam Respublikasının vətəndaşı, beynəlxalq yükdaşıma həyata keçirən Seyidrəşid Seyidintizara məxsusdur.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, onun idarə etdiyi TIR markalı yük avtomobilinin qatarla toqquşması nəticəsində maşında olan 30-40 tona yaxın püstənin bir hissəsi yola dağılıb.

Qatarların hərəkəti müvəqqəti dayandırılıb.

***

09:10

Sabirabad rayonunun Minbaşı kəndində qatarın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Şirvan-Salyan avtomagistral xətti ilə kəsişdiyi hissədə qeydə alınıb.

Məlumata görə, qoşqulu yük maşını qatarın yoluna çıxıb və yaxınlaşmaqda olan qatarla toqquşub.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Təfərrüatlar araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR