Sabirabdda yük avtomobilləri toqquşub, sürcü xəsarət alıb

Sabirabdda yük avtomobilləri toqquşub, sürcü xəsarət alıb
# 20 noyabr 2021 21:51 (UTC +04:00)

Sabirabdda iki yük avtomobili toqquşub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində baş verib.

“KamAZ” markalı avtomobil qarşıda gedən eyni markalı yük avtomobilinə çırpılıb.

Nəticədə yük avtomobillərindən birinin sürücüsü, Ağcabədi rayonunun Rəncbərlər kənd sakini, 1999-cu il təvəllüdlü Hacıyev Rauf Adıgözəl oğlu sınıq xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR