Şabran sakinindən narkotik vasitə aşkarlanıb

Vicay Rəsulov

© APA | Vicay Rəsulov

# 07 oktyabr 2021 10:52 (UTC +04:00)

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun APA-ya bildirdiyinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Vicay Rəsulov saxlanılıb.

Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR