Şabranda ev yanıb, bir nəfər xəsarət alıb

Şabranda ev yanıb, bir nəfər xəsarət alıb
# 13 oktyabr 2021 09:15 (UTC +04:00)

Şabran rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin bir otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən yanıq xəsarəti və tüstüdən zəhərlənmə diaqnozu ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR