Şabranda kanaldan naməlum kişi meyiti aşkarlanıb

Şabranda kanaldan naməlum kişi meyiti aşkarlanıb

© APA | Vəlvələçay-Taxtakörpü kanalı

# 14 iyun 2021 02:12 (UTC +04:00)

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Vəlvələçay-Taxtakörpü kanalında (Şabran rayonunun Gəndov kəndi) aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR