Şabranda karantin qaydalarını pozan çay evi aşkarlanıb, 8 nəfər saxlanılıb

Şabranda çay evi

© APA | Şabranda çay evi

# 07 oktyabr 2021 10:25 (UTC +04:00)

Şabranda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə Şabran RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Rauf Əmiraslanova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Ümumilikdə 8 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR