Şabranda şadlıq evinin sahibi məsuliyyətə cəlb olunub

Şabranda şadlıq evinin sahibi məsuliyyətə cəlb olunub

© APA | Şabranda şadlıq evinin sahibi məsuliyyətə cəlb olunub

# 25 oktyabr 2021 10:48 (UTC +04:00)

Şabranda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Çinar” şadlıq sarayında təşkil edilən toy mərasimində 175 nəfərin iştirak etdiyi müəyyən olunub. Həmin obyektin sahibi Əhməd Şərifov və toy sahibi Anar Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR