Salyanda 9 yaşlı uşağı avtomobil vurub 

Salyanda 9 yaşlı uşağı avtomobil vurub 
# 14 iyul 2021 08:10 (UTC +04:00)


Salyanda azyaşlının vurulması ilə nəticələnən yol hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.
“UAZ” markalı avtomobil kənd sakini, 2012-ci il təvəllüdlü Hümbətov Fuad İsmayıl oğlunu vurub. 9 yaşlı uşaq ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR