Salyanda avtomobil betona çırpılıb, sürücü ölüb

Salyanda avtomobil betona çırpılıb, sürücü ölüb
# 18 may 2021 10:54 (UTC +04:00)

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Ələt-Astara magistralının 91-ci kilometrliyində qeydə alınıb. “Reno megan” markalı, 99 VD 376 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq betona çırpılıb.

Avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Məhərrəmov Anar Kamil oğlu hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR