Salyanda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

Salyanda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO
# 25 noyabr 2021 23:46 (UTC +04:00)

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayonunun Əliqasımlı kənd sakini, 1965-ci il təvəllüdlü İsbarov İslam Mirzəli oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Biləsuvar rayonunun Nəsimi kənd sakini, 1975-ci il təvəllüdlü Baxışov Rafət İbad oğlunu vuraraq öldürüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR