Salyanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Salyanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
# 23 may 2021 09:54 (UTC +04:00)

Salyan rayonunun Qarabağlı kəndində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, mayın 21-də Salyan rayonunun Qarabağlı kəndində "Mercedes" markalı avtomobilin vurduğu kənd sakini, 1979-cu il təvəllüdlü Vəliyev Azad Əlisahib oğlu ağır kəllə-beyin travması alaraq Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq 42 yaşlı yaralını xilas etmək mümkün olmayıb.

O, aldığı ağır xəsarətlərdən reanimasiya şöbəsində bu gün saat 9.00-da vəfat edib.

21 may saat 22:23

Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.

Qəza nəticəsində “Mercedes” markalı avtomobil Qarabağlı kənd sakini, 1979-cu il təvəllüdlü Vəliyev Azad Əlisahib oğlunu vurub.

O, ağır kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Salyan Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR