Salyanda Kür çayında batdığı ehtimal olunan qadın tapılıb

Salyanda Kür çayında batdığı ehtimal olunan qadın tapılıb
# 20 iyun 2021 17:44 (UTC +04:00)

Salyanda çayda batdığı ehtimal olunan qadının evdən qaçdığı məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iyunun 19-da Kür çayında boğulduğu ehtimal olunan Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının Bakı şəhərində olduğu məlum olub.

Onun axtarıldığını bilən 29 yaşlı A.Bəndəliyeva qaynına zəng edərək deyib ki, məni axtarmayın, evə qayıtmayacam:

“Sizinlə danışdığım sim kartı da danışandan sonra sındırıb atacam. Bu nömrəyə zəng edib özünüzə əziyyət verməyin”.

 

Qadın evdən çıxarkən ona məxsus qızıl-zinət əşyalarını və şəxsiyyət vəsiqəsini də özü ilə götürüb.

Qeyd edək ki, ötən gün onun çayda böğulma ehtimalı ilə bağlı yaxınları Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər. Qohumlarının məlumatı əsasında hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib. Məlumat daxil olduqdan sonra axtarışlar dayandırılıb.

29 yaşlı Ayşən  Bəndəliyeva ailəlidir, 4 övladı var.

Hazırda polis qadının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR