Salyanda ər və arvad dəm qazından boğularaq ölüb - VİDEO

Salyanda ər və arvad dəm qazından boğularaq ölüb - VİDEO
# 08 dekabr 2021 18:21 (UTC +04:00)

Salyanda ər və arvad dəm qazından boğularaq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri olan 1963-cü il təvəllüdlü Əsgərov Əlişirin Daşqın oğlu və onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Əsgərova Yaqut Təzəxan qızı dəm qazından zəhərləniblər. Onlar Şirvan xəstəxanasına çatdırılsalar da, bir neçə dəqiqədən sonra keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR