Salyanda evi qanunsuz tərk edən koronavirus xəstəsi aşkarlanıb

Salyanda evi qanunsuz tərk edən koronavirus xəstəsi aşkarlanıb
# 24 avqust 2021 10:02 (UTC +04:00)

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayonun Qarabağlı kənd sakini Layiq Qəhrəmanov ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq yaşadığı ünvanı tərk edib.

L.Qəhrəmanov rayonun Kərimbəyli kəndi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılması təmin edilib.

Həmin şəxs barəsində RPS-də araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR