Salyanda partlayışda xəsarət alan qadın 4 gün sonra xəstəxanada ölüb

Salyanda partlayışda xəsarət alan qadın 4 gün sonra xəstəxanada ölüb
# 18 avqust 2021 21:24 (UTC +04:00)

Salyanda partlayış olub.

APA-nin Mil-Mugan bürosunun məlumatəna görə, avqustun 14-də qaz balonunun partlaması nəticəsində şəhər sakini, 1991-ci il təvəllüdlü Salmanova Lamiyə Əli qızı və oğlu, 2014-cü il təvəllüdlü Salmanov Qəmbər Ruslan oğlu yanıq xəsarətləri alıblar.

Onların hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ananın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə köçürülüb və daha sonra Bakıya, 5 saylı xəstəxanaya göndərilib.

Həkimlərin səyinə baxmayaraq qadın aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Qeyd edək ki, Salyanda fərdi yaşayış evində partlayış avqustun 14-də baş vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR