Salyanda yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb

Salyanda yol qəzasında bir ailənin 4 üzvü xəsarət alıb
# 26 may 2021 23:26 (UTC +04:00)

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun 84-cü kilometrliyində qeydə alınıb.

“NİVA” markalı avtomobil ilə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.

Ailə üzvləri - Neftçala rayonunun Muğanqışlaq kənd sakinləri, 1971-ci il təvəllüdlü Orucova Sədaqət Şamil qızı, 2015-ci il təvəllüdlü Oruczadə Şükufə Əliqəm qızı, 2017-ci il təvəllüdlü Oruclu Səid Əliqəm oğlu və 1995-ci il təvəllüdlü Orucova Aybəniz Elman qızı müxtəlif dərəcəli xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR