Salyanın baş memarına cinayət işi açılıb

Salyanın baş memarına cinayət işi açılıb
# 11 noyabr 2021 19:27 (UTC +04:00)

Salyanın baş memarı, rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri barəsində cinayət işi başlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, Hüseynov Teyyub Safalı oğlu bir sıra qanun pozuntularında ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 23-nə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR