Şamaxıda 79 yaşlı qadın özünü gölə atıb

Şamaxıda 79 yaşlı qadın özünü gölə atıb
# 25 avqust 2021 18:04 (UTC +04:00)

Şamaxı rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhər sakini, 1942-ci il təvəllüdlü İsmayılova Atlaz Şahbala qızı özünü rayon ərazisində yerləşən Kür-Araz adlanan gölə ataraq intihar edib. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. Ahıl yaşlı qadının özünə qəsd etməsinin səbəbi hələlik bilinmir.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR