Şamaxıda avtomobil aşıb, xəsarət alanlar var

Şamaxıda avtomobil aşıb, xəsarət alanlar var
# 23 iyun 2021 10:04 (UTC +04:00)

Şamaxı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı rayonunun Çağan kəndində qeydə alınıb. 10-BF-460 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Çağan kənd sakinləri, 1955-ci il təvəllüdlü Mürsəlov Vidadi Qələmşah oğlu, 1981-ci il təvəllüdlü Əsədova Şəlalə Oqtay qızı, 1940-cı il təvəllüdlü Namazova Rəfiqə Nurəhməd qızı və 1966-cı il təvəllüdlü Namazov Müzəffər Qəzənfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR