Şamaxıda avtomobil dərəyə aşıb, 3 nəfər xəsarət alıb

Şamaxıda avtomobil dərəyə aşıb, 3 nəfər xəsarət alıb
# 17 sentyabr 2021 11:30 (UTC +04:00)

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı-Pirqulu yolunun Məlhəm kəndi ərazisində qeydə alınıb.

"VAZ 21012" markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Hadisə zamanı rayonun Qurdtəpə kənd sakinləri, 1992-ci il təvəllüdlü İslamov Fəqan Yengibar oğlu, 1983-cü il təvəllüdlü İslamov Ramin Gülbala oğlu, 1983-cü il təvəllüdlü Şirəliyev Saleh Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR