Şamaxıda avtomobil velosipedçini vurub

Şamaxıda avtomobil velosipedçini vurub
# 06 noyabr 2021 12:50 (UTC +04:00)

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Şamaxı şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb. Şamaxı sakini, 1949-cu il təvəllüdlü Bayramov Əlövsət Sərxan oğlu 56-BG-645 dövlət nömrə nişanlı "Moskviç" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən velosipedçini, 1987-ci il təvəllüdlü İsgəndərov Zakir Qüdrət oğlunu vurub.

Yaralı ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR