Şamaxıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var ​​​​​​​

Şamaxıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var  ​​​​​​​
# 14 oktyabr 2021 13:28 (UTC +04:00)

Şamaxı rayonunda bir nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində Şamaxı-Pirqulu yolunda qeydə alınıb. "VAZ 2107" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Əliyeva Könül Abid qızı və 1993-cü il təvəllüdlü Maniyeva Şəhanə Siyavuş qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə zamanı "VAZ 2107"-nin sürücüsünün öldüyü bildirilir. Onun kimliyi hələlik məlum deyil.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR