Şamaxıda iki avtomobil toqquşub, xəsarət alan var

Şamaxıda iki avtomobil toqquşub, xəsarət alan var
# 20 noyabr 2021 19:52 (UTC +04:00)

Şamaxıda iki avtomobil toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) sayrına istinadən məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Belə ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Toyota" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR