Şamaxıda karantin qaydalarını pozan otelin icarədarı cərimələnib

Şamaxıda karantin qaydalarını pozan otelin icarədarı cərimələnib
# 27 iyul 2021 16:45 (UTC +04:00)

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimlərinin keçirildiyi obyektlərdə yoxlamalar aparılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, keçirilən yoxlamalar zamanı rayonun Çuxuryurd kəndi ərazisində yerləşən “Star” oteldə təşkil edilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb.

Aşkarlanan pozuntularla bağlı otelin icarədarı Məqsəd Bağırov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR