Şamaxıda karantin qaydalarını pozan şadlıq sarayı aşkarlanıb - VİDEO

Şamaxıda karantin qaydalarını pozan şadlıq sarayı aşkarlanıb - VİDEO
# 08 dekabr 2021 09:37 (UTC +04:00)

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı toy mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, yoxlamalar zamanı “Nurlan” şadlıq sarayında keçirilən toy mərasimində müəyyən edilən say həddindən artıq, yəni 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyektin sahibi Nurlan Şeydayevlə bir daha izahedici söhbətlər aparılıb və onun barəsində Polis Şöbəsinin İstintaq bölməsində araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR