Şamaxıda sahibkarın 9 min manatını mənimsəyən satıcıya cinayət işi açılıb - VİDEO

Baş prokurorluq

© APA | Baş prokurorluq

# 23 noyabr 2021 11:18 (UTC +04:00)

Şamaxı şəhər sakini fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsayev Rəvan Robert oğlu rayon prokurorluğuna müraciət edərək ona məxsus mağazada satıcı işləmiş şəxs tərəfindən 9 min manat məbləğində pul vəsaitinin mənimsənildiyini bildirib.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müraciət üzrə araşdırma aparılaraq Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaq zamanı təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödətdirilməsi təmin edilib.
Prokurorluğa müraciət edərək məmnun qalan Rəvan İsayev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR