Samur-Abşeron kanalında meyiti tapılan şəxsin kimliyi müəyyən olunub

Samur-Abşeron kanalında meyiti tapılan şəxsin kimliyi müəyyən olunub
# 14 iyun 2021 13:09 (UTC +04:00)

Gecə saatlarında Samur-Abşeron kanalının Şabran rayonu ərazisindən keçən hissəsində meyiti tapılan kişinin kimliyi məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, meyiti tapılan şəxsin bir neçə gün əvvəl itkin düşən, 54 yaşlı Quba rayon sakini, Fətiyev Əlişan Tağı oğlu olduğu bildirilir. Onun hansı şəraitdə kanala düşməsi məlum deyil.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR