Samur-Abşeron su kanalında bir nəfər batıb - VİDEO

Samur-Abşeron su kanalında bir nəfər batıb - VİDEO
# 21 iyul 2021 12:47 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR