Samuxda 28 yaşlı oğlanı ilan sancıb

Samuxda 28 yaşlı oğlanı ilan sancıb
# 18 iyul 2021 16:01 (UTC +04:00)

Samux rayonunda 28 yaşlı oğlanı ilan sancıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Seymur Əliyev ilan vurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə zəhər əleyhinə zərdab vurulub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 28 yaşlı kişini təsərrüfatda işləyən zaman ilan vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR