Samuxda 54 yaşlı kişi qətlə yetirilib

Samuxda 54 yaşlı kişi qətlə yetirilib
# 12 noyabr 2021 10:10 (UTC +04:00)

Samuxda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Kənd sakini, 1967-ci il təvəllüdlü Hüseynov Aytəkin Əziz oğlu bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralı xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR